“Yaxın Şərq Cənubi Qafqazın gözü ilə” Arzu Abdullayeva Avropa Sosial Forumunda bu mövzuda məruzə edəcək
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin (HVA AK) sədri Arzu Abdullayeva bu gün Avropa Sosial Forumunda iştirak etmək üçün İsveçə yola düşüb. İsveçin Malmö şəhərində baş tutacaq forum sabah başlayıb, sentyabrın 21-dək davam edəcək. Arzu Abdullayeva tədbirdə “Yaxın Şərq Cənubi Qafqazın gözü ilə” mövzusunda çıxış edəcək. ...
Konfrans 09.12.2007
Dekabrın 9-da Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi “Crescent Beach” otelində “Avropa Birliyi və Avropa Şurasının insan haqları üzrə siyasəti: Avrointeqrasiya proseslərində Azərbaycanın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Konfransda ölkədə insan hüquqlarının durumu müzakirə olunub. Azərbaycan Avrointeqrasiya Milli-İctimai Komitəsinin fəaliyyətdə olan sədri Arzu Abdullayeva konfransın məqsədinin ölkədə pozulmaqda olan insan haqlarının həlli yollarını axtarmaq olduğunu bildirib. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Briborsia çıxışında “Azadlıq” radiosunun Naxçıvanda həbs olunmuş müxbiri İlqar Nəsibovla bağlı məsələyə toxundu: “Avropa Şurasının baş katibi Terri Devis ”Azadlıq" radiosunun Naxçıvandakı müxbiri İlqar Nəsibovun həbsi ilə bağlı narahatlığını bildirdi. Dövlət rəsmilərindən xahiş etdi ki, İlqar Nəsibovun həbsi ilə əlaqədar izahat versinlər. Azərbaycanda söz azadlığının vəziyyəti Avropa Şurasını daim maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycanın götürdüyü öhdəliklərdən biri budur ki, Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri əsasında seçki qanunvericiliyinə dəyişikliklər edilməlidir". Bələdiyyələrin müstəqilliyinin və səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayan AŞ rəsmisi yerinə yetirilməyən öhdəliklərdən də danışıb: “Vəkillər Assosiasiyası məsələsi nəzərdən keçirilməli, alternativ hərbi xidmət, azlıqlarla bağlı məsələlərə baxılmalıdır. Hakimlərin seçkisi, məhkəmə-hüquq islahatları, məhbuslar, xüsusilə, siyasi məhbus kimi tanınanlar, söz və ifadə azadlığı, milli televiziyanın ictimai televiziyaya keçirilməsi ilə bağlı öhdəliklər tam yerinə yetirilməyib”. ...
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi beynəlxalq konfrans keçirmişdir
Dekabrın 9-da Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi “Crescent Beach” otelində “Avropa Birliyi və Avropa Şurasının insan haqları üzrə siyasəti: Avrointeqrasiya proseslərində Azərbaycanın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Konfransda ölkədə insan hüquqlarının durumu müzakirə olunub. Tədbirdə Azərbaycan Avrointeqrasiya Milli-İctimai Komitəsinin üzvləri, fəaliyyətdə olan sədri Arzu Abdullayeva, həmsədri Rəşad Hüseynli, hüquq müdafiəçiləri, ölkənin ictimai-siyasi həyatında, vətəndaş cəmiyyətinin formalaşmasında rolu olan şəxslər, Ombudsman Elmira Süleymanova, eləcə də Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Briborsia, Avropa Evinin koordinatoru İngrid Gossinger, ATƏT-in İnsan Haqları şöbəsinin rəhbəri Andres Buş, ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi və s. Media nümayəndələri konfransda geniş təmsil olunmuşdur. Konfransın məqsədinin ölkədə pozulmaqda olan insan haqlarının həlli yollarını axtarmaq olub. Sonda tədbir iştirakçıları müraciət ünvanlayıblar. ...
Prezidentə müraciət
Hörmətli cənab prezident!
Mən Azərbaycanda demokratikləşmə prosesinin əsasında duran, ölkəmizin təkcə təbii sərvətlərinə görə deyil, eləcə də mədəniyyət səviyyəsi, intellektual potensialı, demokratik dəyərlərin institutlaşması dərəcəsi, ilk növbədə İnsan Haqları və qanunun aliliyi prioritetinin təyin edilməsi sayəsində Qərbin demokratik ölkələri ilə bir sırada durmasına ömrünün 20 ilini həsr etmiş bir insan kimi Sizə müraciət edirəm. Azərbaycan bu illər ərzində bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının üzvü olub, Avropa Qonşuluq Siyasəti layihəsinə qoşulub. Bütün bu təşkilatlar üçün İnsanın Əsas Azadlıqları və Hüquqlarının təmin edilməsi üzv ölkələrdə yüksək təşkilatlı inkişaf etmiş cəmiyyətə nail olunmasının mütləq əsası sayılır. Hazırda bütün dünyanın diqqəti həbs edilmiş jurnalistlərlə bağlı Azərbaycana yönəlib. Bir müddət əvvəl verilən əfv fərmanı ilə onlardan beşi azadlığa buraxılıb və bu, müsbət addım kimi qarşılanıb. Dünyanın və bizim ölkəmizin demokratik ictimaiyyəti ümid edir ki, bu fəaliyyət vicdan məhbusları və potensial vicdan məhbusları kimi tanınan digər jurnalistlərin də azad edilməsi ilə başa çatacaq: Eynulla Fətullayev, Sakit Zahidov və Qənimət Zahidov. Bu status bütün dünyada heç bir şərt qoyulmadan dərhal azadlığa buraxılmanı nəzərdə tutur. ...
“Azərbaycandakı vəziyyət Avropa Parlamentində müzakirə ediləcək”
Qarabağ İctimai Şurasının növbəti iclası keçirildi. İclasda Helsinki Vətəndaş Asambleyası Azərbaycan Milli Komitəsinin (HVA AMK) sədri Arzu Abdullayeva Avropa Parlamentində keçirələcək dinləmələrdəki edəcəyi məruzə ilə bağlı müzakirələr aparıldı. ...